- Baxış sayı: 30
- 11 Oktyabr 2024 15:55
- Baxış sayı: 97
- Oktyabr 10, 2024
- 0
Paris olimpiadasında sərbəst güləşdə bürünc medal qazanmış Məhəmmədxan Məhəmmədov bir neçə gün öncə Rusiya mətbuatına verdiyi müsahibə verib. Allsport.az saytı xəbər verir ki, onun Azərbaycanda layiq görüldüyü böyük şərəfə – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə “Ordendi də, yəqin metroda gediş pulsuz olacaq” deyərək ardından istehzalı gülüşü, Azərbaycanda birmənalı qarşılanmayıb. Legionçu azerisport.com-a fikrinin yanlış anlaşıldığını deyib:
“Mən 2022-ci ildən Azərbaycanı təmsil edirəm. Mənə bu şəraiti yaratdığı üçün Azərbaycan Respublikasının prezidentinə, o cümlədən Azərbaycan güləş federasiyasının rəhbərliyinə və mənə bu imkanı yaradan hər kəsə təşəkkürümü bildirirəm. Azərbaycanı sevirəm və bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm.
Məhz Azərbaycan bayrağı altında Avropa çempionu, dünya və olimpiya mükafatçısı olmuşam. Rusiya mətbuatına verdiyi müsahibədə səsləndirdiyim fikirlər yanlış anlaşılmanın nəticəsidir. Azərbaycan prezidentinin mənə verdiyi orden mənim üçün çox dəyərlidir və heç bir hörmətsizlikdən söhbət gedə bilməz.
Baş verənlərlə əlaqədar, mən Azərbaycan prezidentindən və bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm”.
O, mükafatın qədərindən də xəbərsiz olduğunu dilə gətirib. Halbuki cənab İlham Əliyevin bununla bağlı sərəncamı var və orada əyara görə mükafatların məbləği aydın şəkildə açıqlanıb.