- Baxış sayı: 45
- 16 Aprel 2026 11:02
- Baxış sayı: 35
- Aprel 16, 2026
- 0

Olimpiya çempionu Svetlana Jurova bir neçə qış idman federasiyasının birləşdirilməsi ideyasından danışıb. Allsport.az saytı xəbər verir ki, o, hər növün öz özəlliyi olduğunu deyib:
“Bu idman növlərinin çox fərqli xüsusiyyətləri var və fiqurlu konkisürmə beynəlxalq federasiya kimi sürətli konkisürmənin yükünü daşımaq istəməzdi. Bunlar tarixən iki fərqli təşkilatdır.
Hətta qısa yollu konkisürmə belə uzun illər ayrı federasiya olub. Buna görə də birləşmənin heç bir mənası yoxdur və belə bir birlik böyük ölkələrdə də mövcud deyil”.