- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Bayrağımız – qürur mənbəyimizdir!” devizi altında veloyürüş keçiriləcək. Allsport.az xəbər verir ki, yürüş noyabrın 7-si, saat 11:30-da Dövlət Bayrağı Meydanından start götürəcək.
İştirakçılar Bayraq Meydanı – Azneft prospekti – Dəniz limanı – Heydər Əliyev Mərkəzi və əksinə istiqamətdə hərəkət edəcəklər. 16.5 km-lik yürüş elə başladığı yerdə – Dövlət Bayrağı Meydanında başa çatacaq.
Bununla əlaqədar Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası velosiped sürməkdən zövq alan gəncləri birliyimizi əks etdirən yürüşə dəvət edir. İştirakçılar velosiped və baş geyimlərini özləri ilə gətirməlidirlər. Yürüşdə iştirak etmək istəyənlər (012) 566-74-88 nömrəli telefona zəng edərək AVİF-in mətbuat xidməti ilə əlaqə saxlaya bilərlər.