Bayram yürüşü xoş ovqat gətirdi

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Təqvim bayramı münasibətilə AVİF “SharkHead” velosipedçilər klubu ilə birlikdə dekabrın 27-si, saat 15:00-da qoşaçarx həvəskarları üçün “Critical X-Mass Baku” yürüşü keçirdi. Allsport.az saytı xəbər verir ki, bayram tədbirindən öncə yürüş iştirakçıları Azadlıq meydanına gələn Şaxta baba və Qar qızı salamladı. 200-dən artıq peşəkar və həvəskarın qatıldığı veloyürüş Hökumət Evinin qarşısında start götürdü. AVİF-in baş katib Fərhdə Əliyevin sözünə görə, ənənə halını almış bu tədbirə maraq ildən-ilə artır:

«Hər şeydən öncə qarşıdan gələn bayramlar münasibəti ilə xaqmızı təbrik edirəm. Bildiyiniz kimi, hər ilin sonunda Azərbaycan Velosiped Federasiyası həvəskarlar üçün belə bir yürüş təşkil edir. Budəfəki tədbirdə “SharkHead” velosipedçilər klubu da fəal iştirak etdi. Təşkil etdiyimiz yürüş həm də ona görə vacib əhəmiyyət daşıyır ki, qoy avtonəqliyyat vasitələri sahibləri velosipedçilərlə eyni yolda hərəkət etməyin mümkünlüyünü anlasınlar, bunu qəbul etsinlər».

Bayram tədbirin müxtəlif yaş qrupuna aid iştirakçıları şəhər küçələri ilə 18 km məsafə qət etdiləçr. Yürüş elə başladığı yerdə sona çatdı. Tədbir yekunlaşdıqdan sonar, kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olundu.

Həmin kateqoriyadan