Bizdən hələ də mərhələ qalibi yoxdur

Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət seçmə və U-23 millisi BƏƏ-də 2.2 kateqoriyalı “Şarca turu”nda mübarizəni davam etdirir. Allsport.az saytı xəbər verir ki, ötən gün komandamız veloturun 3-cü mərhələsində iştirak edib. 

Qoşaçarxçılar 117.13 km məsafəyə qrup ötüşməsində güclərini sınayıblar. Bizdən ən yaxşı nəticəni Musa Mikayılzadə göstərib. O, 2 saat 44 dəqiqə 56 saniyə göstərici ilə 9-cu yerdə qərarlaşıb. Elçin Əsədov 47-ci (02h45’33”), Şahin Eyvazov 52-ci (02h46’40”), Elgün Əlizadə 59-cu (02h46’43”), Nəcəf Bağırov 85-ci (02h48’51”), Əli Qurbanov isə 91-ci (02h48’58”) yerlə kifayətləniblər.

5 mərhələli yarışda 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçi mübarizə aparır. Velotura yanvarın 31-də yekun vurulacaq.

Həmin kateqoriyadan