- Baxış sayı: 36
- 21 Noyabr 2024 14:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan futzalının lideri «Araz» klubunun baş məşqçi postunda dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, hələ bir müddət əvvəl bu klubla yanaşı, ölkə yığmasının da sükançısı olan braziliyalı Joze Alesionun tutduğu vəzifəni tərk edəcəyi ilə bağlı şayiələr gəzirdi. Od olmayan yerdən tüstü çıxmaz və nəhayət, o, qəfil Qazaxıstana «qaçdı».
Klubun rəhbərliyinin axtarışları uzun sürmədi. Bu ilin mayında «mənəvi istirahətə ehtiyacım var» deyərək, 4 il çalışdığı Moskva «Dinamo»sunun baş məşqçisi olmuş və hərəsi 3 dəfə olmaqla, Rusiya çempionu və ölkə kubokunun sahibi olmuş Faustino Peres-Moreno Qomeslə müqavilə imzalandı. Anlaşma may ayına qədər davam edəcək və hər şey uğurlu olsa, qarşılıqlı əməkdaşlıq davam etdiriləcək.
Maraqlıdır ki, sadəcə, Tino Peres kimi tanınan 45 yaşlı mütəxəssisin məşqçilik karyerası çox uğurlu başlayıb. 1996-cı ildə vətəni İspaniyada «Talavera»nın sükanı arxasına keçən kimi, klubu ölkə çempionu etdi. Onun karyerasında elə bu klubla və sonra 2001-ci ildə sükanı arxasına keçdiyi «Kastelyon»la Avropa çempionlar kuboku (1998 və 2001-ci illər) var. Ardınca, yarış formatı dəyişincə, o, «Kastelyon»la iki dəfə Avropa UEFA kubokuna sahib çıxdı (2002 və 2003-cü illər). Bundan sonra onun qərarı daha zəif komandalar, uğurları isə yalnız yerli finallar və səviyyə yüksəlişi oldu. Vətənində «Askar Luqo», «Polyaris Uorld Kartaxena» və «Arminiana Valensia» klublarını çalışdırdıqdan sonra, Rumıniyaya yollandı. Burada «Braşov»la 2 il çalışdı, lakin maliyyə çatışmazlığı üzündən komandanı tərk edib, Rusiyaya yollandı.
İndi o, karyerasını vətənindən kənarda, sayca 3-cü ölkədə davam etdirəcək. Məşqçinin bacarığı və imkanları «Dinamo»da çalışdığı dövrdən futzalsevərlərimizə daha yaxşı məlumdur. Mvaraqlıdır ki, onun başçılığı ilə Moskva «Dinamo»su dalbadal 3 il, o cümlədən, bu il Bakıda UEFA kubokunun finalçısı olub və hər üç halda bəxt ondan qələbənin bir addımlığında üz döndərib.