- Baxış sayı: 69
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Bu gün paytaxtımızda Bakı-2015-in proqramına daxil olan dağ velosipedi idman növü üzrə sınaq yarışı keçirildi. Allsport.az saytı xəbər verir ki, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkil etdiyi yarış dağ velosipedi parkında (yeni avtovağzalın arxası) baş tutdu.
Birgünlük yarış çətinlik dərəcəsinə görə Beynəlxalq Velosipedçilər İttifaqının 3-cü kateqoriyasına aid idi. Sınaq turnirində 8 qadın və 21 kişi idmançının iştirak etdi. İdmançılar Beynəlxalq Velosipedçilər İttifaqının reytinq siyahısına əsasən xüsusi dəvətlə seçilmişdi. Azərbaycan milli komandası yarışda 3 kişi qoşa çarxçı ilə – Aqşin İsmayılov, Murad Sultanov və Orxan Məmmədovla təmsil olundu.
Reqlamentə əsasən, srağagün və dünən iştirakçı komandalar yarış yollarında tanışlıq xarakterli yürüşlər həyata keçiriblər. Velosipedçilər uzunluğu 4,1 km olan zolaq boyunca 6 dövrə vurdular. Qadınların mübarizəsi saat 10:00-da başladı. Gərgin mübarizədə qalib adını ukraynalı Yana Belomoyna qazandı. 2-3-cü yerləri müvafiq olaraq, isveçrəli qoşa çarxçılar Katrin Stirnemann və Linda İnderqand çıxdılar.
Kişilər 13:30-da rəqabətə qoşuldular. Xanımlarda olduğu kimi, burada da isveçrəli qoşa çarxçılar fəallıq nümayiş etdirdilər. Martin Fanger 1-ci, Mark Ştuzmann 2-ci oldu. Fəxri kürsünün 3-cü pilləsinə yunanıstanlı Dmitros Antoniadis çıxdı. Bizdən ən yaxşı nəticəni Aqşin İsmayılov göstərdi. O, 14-ci sıranı tutdu.
Kamran HACI