- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Dağ velosipedi parkında MTB üzrə mövsümün açılış yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, açıq yarışda 30-dan artıq həvəskar və peşəkar velosipedçi iştirak edib.
Enişli-yoxuşlu və sərt döngələrlə zəngin, uzunluğu 4 km-ə bərabər olan marşrut boyunca yeniyetmələr 2, böyüklər isə 3 dairə vurublar. 12 km məsafəni hamıdan tez qət edən Əmral Abduləzizli böyüklər arasında 1-ci yerə layiq görülüb. Nəcəf Bağırov 2-ci, Mirkazım Seyidəliyev 3-cü olub.
Yeniyetmələr arasında isə Maksim Polikarpov bütün rəqiblərindən daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Axundlu və Çingizxan Məmmədli finiş xəttinə 2-ci və 3-cü gəliblər. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.