Diabetli velosipedçilərin ilk peşəkar komandası “Team Novo Nordisk” yenidən Azərbaycanda

Mayın 4-8-də keçiriləcək “Tour d’Azerbaïdjan-2016” veloyürüşündə dünyada diabetli idmançılardan təşkil olunmuş ilk peşəkar komanda – ABŞ-ın “Team Novo Nordisk” komandası da iştirak edəcək. Allsport.az xəbər verir ki, diabetli insanlardan təşkil edilmiş kişi pro-kontinental velosiped komandası, “Team Novo Nordisk”in (veloyarış, triatlon, qaçış) ən aparıcı komandasıdır.

“Team Novo Nordisk” komandası keçən il də “Tour d’Azerbaïdjan” veloyürüşündə mübarizə aparıb və bu il də yenidən bütün idmançılarla bərabər şərtlər altında çıxış edəcək.

Qeyd edək ki, mayın 4-də start götürəcək veloyürüşdə ümumilikdə 18 ölkənin 21 komandası iştirak edəcək. İştirakçılar 1-ci mərhələdə Bakı – Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı – İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ – Şəki – Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ – Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı – Abşeron – Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

 

Həmin kateqoriyadan