Dövlət Təhlükəsizliyi Xidməti veloyürüş təşkil edirək
4 noyabr 2017 / 17:18 Baxış sayı: 1225 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti Velosiped Klubu tərəfindən noyabrın 5-də “Bayrağımız qürur mənbəyimizdir” şüarı ilə veloyürüş təşkil ediləcək.
Allsport.az saytı xəbər verir ki, tədbir səhər saat 10:00-da DTX-in binası qarşısından start götürməklə Heydər Əliyev adına Respublika Sarayının qarşısında başa çatacaq.
Yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev də iştirak edəcək.