- Baxış sayı: 67
- 03 Fevral 2026 11:44
- Baxış sayı: 227
- Fevral 04, 2026
- 0

Sabah Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, Veloparkda keçiriləcək mötəbər yarışda 43 ölkədən 1500-dən artıq qoşaçarxçı mübarizə aparacaq. Proqrama əsasən iyunun 5-i, saat 09:30-da çempionatın rəsmi açılış mərasimi başlayacaq. Sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.
Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.