- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan Velosiped İdmanı Federasiyası və “Red Bull” şirkəti tərəfindən ölkəmizə dəvət edilən BMX üzrə dünya çempionu (flatland növü) Viki Qomez “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 5-ci mərhələsi zamanı “Azadlıq Meydanı”nda çıxış edib. Allsport.az saytı xəbər verir ki, onun çıxışı velosiped həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Viki Qomez 1981-ci il, martın 7-də İspaniyanın paytaxtı Madriddə doğulub və BMX üzrə flatland növünün usta idmançısıdır. O, 14 yaşından BMX ilə məşğul olmağa başlayıb və çox qısa zamanda bu idman növünün sirrlərinə yiyələnib. 19 yaşından etibarən müxtəlif yarışlarda və çempionatlarda iştirak edən Viki Qomez 2 dəfə Avropa və 1 dəfə Dünya çempionatında qızıl medala layiq görülüb. Viki BMX üzrə flatland növündə çoxsaylı fəndlərin yaradıcısıdır və BMX idmanının inkişafında Viki Qomezin böyük rolu var.
Usta idmançı indiyədək 66 ölkədə müxtəlif tədbirlərdə iştirak edib və böyük kütləni öz fəndləri ilə təəccübləndirib. Azərbaycana ilk dəfə Bakı-2015 ilk Avropa Oyunları çərçivəsində səfər edən, amma geniş publika qarşısına çıxmayan idmançı, bu dəfə “Tour d’Azerbaidjan” yarışının xüsusi qonağı olub. O həmçinin Respublika Velotrekində BMX növü ilə məşğul olan yerli velosipedçilərlə görüşərək onlarla fikirlərini bölüşüb və tövsiyyələrini verib.
Bakıda olduğu müddət ərzində şəhərimizə, insanlarımızın qonaqpərvərliyinə, mətbəximizə heyran olduğunu deyən Viki Qomez ölkəmizə bir daha qayıdacağını söyləyib.