- Baxış sayı: 43
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Türkiyənin “Sakarya BB Pro Team” velosiped klubunun tərkibində çıxış edən Azərbaycan milli komandasının kapitanı Elçin Əsədov martın 26-da Alanyada keçirilən beynəlxalq velosipedçilər ittifaqının (UCI) 1.2 kateqoriyalı “Syedra Ancient City” yarışında mübarizə aparıb.
Allsport.az xəbər verir ki, 11 komandanın tərkibində 61 velosipedçinin iştirak etdiyi birgünlük yarışda idmançılar şose velosipedinin qrup ötüşməsi növü üzrə güclərini sınayıblar. Alanyadan start götürən idmançılar 149 km məsafə qət edərək Syedrada finişə çatıblar.
Elçin yarışda əzmlə mübarizə apararaq finiş xəttini 9-cu sırada keçib. O, yarışın liderindən 4 dəqiqə 4 saniyə geri qalıb (03:46:15). İdmançımız bu nəticə ilə aktivinə 3 UCI xalı yazdırıb.
“Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının digər üzvü Əli Qurbanov isə 33-cü yerdə qərarlaşıb.
Veloturun qalibi yunanıstanlı velosipedçi Polyçronis Tortzakıs olub (03:42:11).