- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Türkiyədə bynəlxalq velosipedçilər ittifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 4 mərhələdən ibarət velotur elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu nəticə ilə yadda qalıb.
Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan təmsilçimiz bununla da ümumi təsnifatda 10-cu yeri tutub və ölkə reytinqinə Tokio-2020 yay olimpiya oyunları üçün 3 lisenziya xalı qazandırıb.
Qeyd edək ki, UCİ-nin reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.