- Baxış sayı: 47
- 02 Oktyabr 2024 20:55
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
Bu gün güləş federasiyasında milli komandaların məşqçilərinin iştirakı ilə toplantı keçirilib. Allsport.az saytı awf.az-a istinadən xəbər verir ki, yığıncaqda AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov çıxışında yığmalarda nizam-intizamın əsas şərt olduğunu qeyd edib:
“Dünya çempionatına cəmi 8-9 ay qalıb. Məşqçilərin taleyi bu yarışdan asılıdır. Əsas diqqət olimpiya çəkilərində çıxış edən güləşçilərə ayrılmalıdır. Əsas kəmiyyət yox, keyfiyyətdir. İntizama riayət etməyən, qaydaları pozan güləşçiləri komandadan uzaqlaşdırın.
Onların yerinə gənclərdən, yeniyetmələrdən perspektiv vəd edən güləşçiləri yığmaya cəlb edin. Bu gün ölkədə əsas diqqət güləşə, federasiyamıza yönəlib. Ona görə də işinizə ciddi, məsuliyyətli yanaşın. Ağır və çətin ildə hamıya uğurlar arzulayıram”.