- Baxış sayı: 39
- 15 Mart 2026 11:20
- Baxış sayı: 257
- Mart 13, 2026
- 0

Rumıniya paytaxtı Buxarestdə rekord nəticə ilə Avropa çempionu olan yeniyetmə yunan-Roma güləşi üzrə millimiz Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, 2-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Fəraim Mustafayev (55 kq) bunu deyib:
“Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Bu da öz nəticəsini göstərdi. 8 medalla komanda hesabında 1-ci yeri tutduq. İnşallah, dünya çempionatında da bu nəticəni əldə edərik. Ermənilərlə keçirdiyimiz 4 görüşün hamısında qələbə qazandıq”.