- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

İsmayıllı rayonunda şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə fərdi ötüşmədə qaliblər müəyyənləşib.
U-15-də 10 km məsafəyə mübarizəsi ROVM-in təmsilçiləri Məryəm Əfqanzadə və Ravi Rzayevin qələbəsilə yekunlaşıb. U-17-də bu məktəbin təmsilçiləri fərqləniblər: Radha Şabanova və Hüseyn Nərimanov.
Gənc qızların 15 km məsafəyə fərdi ötüşməsində ROVM-in üzvü Viktoriya Sidorenko çempionluq sevinci yaşayıb. Onun komanda yoldaşı Nikita Sıtov gənc oğlanların 20 km məsafəyə ötüşmədə 1-ci yer tutub.