- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Əsas milli komandalarımızın 1-ci Avropa Oyunlarına hazırlığı davam edir. Məlum olduğu kimi, gələn il velosiped idmanının trek və şose növündə Rio Olimpiadasına xalların toplanmasına başlanacaq. Əsas diqqətimizi bu mötəbər yarışlara yönəltmişik» Bu açıqlamanı allsport.az saytına Azərbaycan Velosiped İdmanı Federasiyası baş katibi Fərhad Əliyev deyib. Onun sözünə görə, növbəti mövsüm hər 3 növdə çıxış edən qoşaçarxçılarımızı ciddi sınaq gözləyir:
«Şose növündə çıxış edən velosipedçiləriz Sloveniya, İtaliya və Fransa təşkmil olunacaq yürüşlərdə mübarizə aparacaqlar. Sonra komandamızı «Tur de Azərbaycan» gözləyir. Daha sonra Avropa və dünya çempionatları gəlir. Bu yarışlarda lisenziya xalları toplanacaq.
Trek növündə yığmamız yanvarda dünya kubokunda qüvvəsini sınayacaq. Sonra velosipedçilərimiz dünya çempionatında çıxış edəcəklər. Daha sonra Avropanın bir neçə ölkəsində təsnifat yarışlarında mübarizə aparacağıq.
Dağ velosipedi üzrə millimiz təlim-məşq toplanışına başlayıb. Mart ayından onların da yarışlarına start veriləcək. Bu turnirlərdə də xallar yığılacaq. Mountenbayk bizdə yeni növ olduğundan, indidən nəsə gözləmək düzgün çıxmaz. Çalışacağıq ki, bu proqramda da mötəbər yarışlarda təmsil olunaq».