- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 96
- Noyabr 21, 2024
- 0
Məlum olduğu kimi, gənclər və idman naziri Azad Rəhimovun əmri ilə Faiq Qurbanov Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinə rəhbər təyin olunub. Allsport.az saytı xəbər verir ki, dünən AVİF-nin inzibatı binasında (Respublika Velotreki) yeni direktor kollektivə təqdim edilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, federasiyanın baş katibi Fərhad Əliyev və ROEİUGVİM-in məşqçilər heyətinin üzvləri iştirak ediblər.
Yeni direktoru təyinatı münasibətilə təbrik edən olimpiya və 2-qat dünya çempionu, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. AVİF-nin baş katibi Fərhad Əliyev isə AGİN və federasiyanın birgə səyləri nəticəsində velosipedçilərimizin ustalıq səviyyəsinin daha da artması üçün münbit şəraitin olduğunu söyləyib.
Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin yeni direktoru Faiq Qurbanov ona göstərilən yüksək etimada görə gənclər və idman naziri Azad Rəhimova təşəkkürünü bildirərək məktəbin ənənələrinin qorunması və daha da inkişaf etirilməsi üçün var gücü ilə çalışacağını deyib.
Sonra Fərid Mansurov Respublika Velotrekində OEİUGVİM üçün ayrılmış iş otaqları və velosipedlərin saxlanılması üçün anbarlar, həmçinin Velosiped Muzeyi, yığma üzvlərinin hazırlıq prosesi üçün nəzərdə tutulan trenajor və məşq otaqları ilə tanış olub.