- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Fransada təşkil olunan 7 mərhələli “Le Tour de Bretagne” yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, 146 km-lik sonuncu mərhələ də “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb.
Belə ki, komandamızın üzvü Matey Müqerli məsafəni 3 saat, 22 dəqiqə, 22 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib.
Xatırladaq ki, Matey Müqerli “Le Tour de Bretagne”ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşamış, 5-ci mərhələdə 3-cü olmuşdu. 4-cü mərhələdə isə Yannis Tamuridis 2-ci nəticə göstərmişdi. 7-ci mərhələ digər təmsilçimiz Dennis van Vinden 8-ci yeri tutub.
7 mərhələli yarışda 3 dəfə fəxri kürsüyə qalxan Matey Mügerli bununla da ümumi təsnifatda 6-ci yeri tutub. Qeyd edək ki, “Le Tour de Bretagne” yarışı “Synergy Baku” üçün mayın 6-10-da keçiriləcək “Tour d’Azerbaïdjan” veloyürüşü öncəsi son sınaq xarakteri daşıyırdı.