- Baxış sayı: 44
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin 100-illiyinə həvəskarlar arasında şose velosipedinin qrup ötüşməsi üzrə “Sürətlə pedalla” yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, Ağ şəhər bulvarının ərazisində 18-39 yaşlı (37 nəfər), 40 yaş və daha böyük kişilər (44 nəfər), həmçinin 18 yaşdan böyük qadınlar (9 nəfər) mübarizə aparıblar.
Velosipedçilər Hərbi qənimətlər parkının qarşısından start götürərək dairəvi hərəkət ediblər. Kişilər 16.8 km (6 dairə), qadınlar isə 8.4 km (3 dairə) məsafə qət ediblər.
Nəticələrə əsasən, 18-39 yaşlı kişilər arasında Röyal Mustafayev (28:00) hamıdan yaxşı göstəriciyə nail olub.
40 yaş və daha böyük kişilərdə Etibar Həsənov (27:28) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınların yarışında Natalya Vallek (16:30) bütün rəqilərini ötüb.
Yarışdan sonra mükafatlandırma olub. İlk 3 yerin qaliblərinə kubok, medal, qiymətli hədiyyələr və pul mükafatları təqdim edilib.
Turnir cədvəlində hər kateqoriyada ilk onluqda qərarlaşanlar da diqqətdən kənar qalmayıblar.