İlin yekunu ilə bağlı toplantı

“Başa çatmaqda olan 2019-cu il Azərbaycan velosiped idmanı federasiyası üçün uğurlu nəticələrlə yadda qalıb”. Allsport.az xəbər verir ki, bu fikirlər respublika velotrekində keçirilən ilin yekun toplantısında səsləndirilib.

Hesabat məruzəsi ilə çıxış edən federasiyanın baş katibi Fərhad Əliyev bildirib ki, ilin əsas hadisəsi Azərbaycan yığma komandası üzvlərinin Tokio-2020 yay olimpiya oyunlarına şose velosipedinin qrup ötüşməsində lisenziya qazanması olub. Olimpiadada iştirakçı sayının 150-dən 130-a endirilməsi mübarizəni daha da çətinləşdirib. Bütün lisenziya yarışlarında iştirak edən yığma üzvlərimiz 894 xal toplayıb və dünya reytinqində 44-cü olmaqla arzuolunan lisenziyaya sahib çıxıb.

Həmin kateqoriyadan