- Baxış sayı: 67
- 09 Mart 2025 11:11
- Baxış sayı: 40
- Aprel 11, 2025
- 0
Türkiyədə gənclər arasında Beynəlxalq velosipedçilər ittifaqının 2.1 kateqoriyalı “Manavgat Side Junior” yarışı start götürüb. Allsport.az saytı xəbər verir ki, 10 ölkədən 16 komandanın tərkibində 86 velosipedçinin mübarizə apardığı turnirin 1-ci günündə iştirakçılar fərdi ötüşmə növündə bacarıqlarını nümayiş etdiriblər.
Sınaqda iştirak edən gənclər yığmamızın lideri Kamran Mirzəxanov 6,3 km məsafəni 8 dəqiqə, 36 saniyəyə qət etməklə 1-ci mərhələni 9-cu sırada başa vurub. Velosipedçimiz ilk yarış gününün qalibi, Belçikanın “Cannibal” klubunun ABŞ-dan olan üzvü Artyom Şmitdən 31 saniyə geri qalıb.
2-ci yarış günündə velosipedçilər 107 km məsafəyə qrup ötüşməsində mübarizə aparacaqlar.