- Baxış sayı: 78
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

“Synergy Baku” Mərakeşdə təşkil olunan 10-günlük “Tour de Maroc” yarışına uğurla başlayıb. Allsport.az saytı xəbər verir ki, 2.2 kateqoriyalı turunun ilk mərhələsi yığma komandamızın üzvü Kiril Pozdnyakovun qələbəsilə yekunlaşıb.
148,7 km məsafəni hamıdan tez – 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran təmsilçimiz ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla “solo-finiş” edib. İlk mərhələdəki qalibiyyət Kirili həm də ümumi təsnifatın lideri edib. Bundan başqa, o sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.
İlk mərhələni 20-də başa vuran velosipedçilər arasında “Synergy Baku”nun daha 2 üzvü var – Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub. Bu gün keçiriləcək 2-ci mərhələdə iştirakçılar 146 km məsafə qət edəcəklər. Qeyd edək ki, Mərakeş Turu komandamız üçün mayın 3-7-də keçiriləcək “Tour d’Azerbaidjan” yarışına hazırlığının əsas hissəsini təşkil edir.