Kiril Pozdnyakov “Moskvanın 5 halqası”nda hamını qabaqlayıb
7 may 2018 / 16:01 Baxış sayı: 1253 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” veloturuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 23 kollektivin mübarizə apardığı yarışın 4-cü mərhələsi millimiz və “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.
122 km-lik mərhələni 3 saat, 1 dəqiqə, 40 saniyəyə başa vurmaqla hamını qabaqlayan təmsilçimiz, bununla da 4 mərhələnin yekununa əsasən ümumi təsnifatda qalibdən 43 saniyə geri qalmaqla 2-ci yeri tutub. Xatırladaq ki, Pozdnyakov yarışın 1-ci mərhələsində finişi 3-cü keçmişdi.
“Synergy Baku” Rusiya paytaxtında Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə təmsil olunub.