KİV nümayəndələri “İsma Bikes” zavodunda istehsal ilə tanış oldular

Dünən Kütləvi İnformasiya Vasitələri nümayəndələri İsmayıllı rayonunda yerləşən “İsma Bikes” zavodunda istehsalla tanış oldular. Allsport.az saytının məlumatına görə, zavodun direktoru Elçin Qəhrəmanov Azərbaycanın ilk milli velosiped brendi olan “İSMA BİKES”ın istehsalı barədə ətraflı məlumat verdi.

Bildirdi ki, illik istehsal gücü layihə üzrə 30 000 ədəd qoşacarx olan zavod, açılarkən 3 əsas model üzərində işləsə də, cəmi bir neçə ay ərzində mühəndis konstruksiya fəaliyyəti genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb. Zavodda həvəskar və peşəkar idmançılar, eləcə də uşaqlar və qadınlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. Yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.

Mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, İsmayıllı Velosiped Zavodu istifadə etdiyi əsas komplektləşdirici materialların çoxunu Yaponiyanın məşhur “Shimano” şirkətindən alır. Bundan əlavə, zavod Tayvan, Malayziya, Çin və Bolqarıstanın müxtəlif müəssisələri ilə də sıx əməkdaşlıq edir.

Zavodda Niderland, Türkiyə və Bolqarıstan avadanlıqlarından istifadə olunur. Zavoddakı “quru-toz” rəngləmə avadanlığı Türkiyə istehsalıdır. Avadanlıqlar və şərait ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. «İSMA BİKES” velosipedlərinin istehsalı eyni zamanda “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dəstək xarakteri daşıyır.

Həmin kateqoriyadan