- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
“Liverpul”un sabiq qapıçısı Loris Karius 2018 çempionlar liqasının finalında “Real Madrid”ə 3:1 hesabı ilə məğlub olduqları oyundaki zəif çıxışı ilə məşhurlaşıb. Allsport.az xəbər verir ki, iki qola səbəb olan səhvlər onun karyerasında dönüş nöqtəsi oldu, bundan sonra o, “Beşikdaş” və “Yunion Berlin”ə icarəyə göndərildi.
Bununla belə, orada da Karius kobud səhvlərə yol verməkdə davam etdi və bu, karyerasının məhv olduğu təəssüratı yaratdı. 2022-ci ildə “Liverpul” müqaviləsini yeniləmədən onunla yollarını ayırmaq qərarına gəldi. Loris “Nyukasl”la müqavilə imzaladı, lakin iki mövsümdə cəmi iki oyuna çıxaraq və altı qol buraxdı.
2024-cü ilin yayında, “Nyukasl” ilə müqaviləsi başa çatdıqdan sonra Karius azad agent oldu və onun yeni klub axtarışı altı aya qədər uzandı. O, nəhayət, II bundesliqada çətin günlərini yaşayan, turnir cədvəlinin 13-cü pilləsində qərarlaşan “Şalke” klubu ilə müqavilə imzaladı. Ən şok edici hal isə odur ki, Kariusun “Şalke”dəki maaşı həyat yoldaşı, DAZN kanalının müxbiri Diletta Leottanın maaşından 7 dəfə azdır.
Kariusun illik maaşı 125 min funt sterlinq, Leottanın isə 840 min funt sterlinq təşkil edir.