- Baxış sayı: 284
- 08 May 2026 17:08
- Baxış sayı: 69
- May 22, 2026
- 0

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, həlledici qarşılaşmada yüksək liqada mövsümün gümüş medalçısı olan “Neftçi” son çempion “Araz-Naxçıvan”la üz-üzə gəlib. Bakı idman sarayında gərgin mübarizə şəraitində keçən matç “ağ-qaralar”ın 5:3 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “Neftçi” tarixində 8-ci dəfə ölkə kubokuna yiyələnib.
Qalib komandadan Markus Vinicius “Matçın ən yaxşı futzalçısı” nominasiyasının qalibi adını qazanıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Markus Viniciusa xatirə hədiyyəsi, “Neftçi”nin üzvlərinə qızıl medallar, həmçinin Azərbaycan kuboku təqdim olunub.
Bu, indiyədək Azərbaycanda keçirilən sayca 30-cu ölkə kuboku olub. Bu illər ərzində “Neftçi” komandası hamıdan çox – 7 dəfə (1994/1995, 1995/1996, 2009/2010, 2012/2013, 2013/2014, 2016/2017, 2021/2022) kubokun qalibi adına yiyələnib.