Dünya çempionatını erkən qapadı

Kanada millisi dünya çempionatının qalan hissəsində müdafiəçi Evan Buşarsız qalacaq. Allsport.az saytı xəbər verir ki, “Edmonton”un oyunçusu ABŞ seçməsindən Rayan Lindqrenin zərbəsindən sonra zədə alıb.

Hadisədən sonra Buşar meydanı yalnız məşqçinin köməyi ilə tərk edə bilib. Lindqren oyun cəzası alıb və Kanada sonda 4:0 hesabı ilə qalib gəlib.

Kanada komandası artıq Buşarın dünya çempionatının qalan hissəsində oynaya bilməyəcəyini açıqladı.

Zədədən əvvəl Buşar Dünya Çempionatında yeddi oyunda yeddi xal (bir qol, altı məhsuldar ötürmə) toplamışdı.

30 mayda Kanada 2026-cı il Dünya Çempionatının yarımfinalında Finlandiya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan