- Baxış sayı: 25
- 28 May 2026 20:30
- Baxış sayı: 99
- May 26, 2026
- 0

Çempionlar liqasının finalı 30 mayda Budapeştdə “Paris Sen-Jermen” və “Arsenal” komandaları arasında keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, “topçular”ın əfsanəvi fransalı hücumçusu Tyerri Anri və PSJ-nin keçmiş müdafiəçisi Presnel Kimpembe şənbə günü finaldan əvvəl ÇL kubokunu meydana çıxaracaqlar. Ənənəvi olaraq, kubok finaldan əvvəl finalçı klubların 2 keçmiş oyunçusu tərəfindən təqdim olunur.
Anri 2006-cı ildə “Arsenal”la finalda oynayıb və “Barselona”ya uduzub. Kataloniya klubuna keçdikdən sonra o, 2009-cu ildə baş Avropa kubokunu qazanıb.
30 yaşlı Kimpembe ötən il PSJ ilə çempionlar liqasını qazanıb, sonra “Qətər”ə keçib.