Onu “Real”da saxlamaq istəyir

“Real”ın hücumçusu Endrik komandada qala bilər. Allsport.az saytı xəbər verir ki, Joze Mourinyu 19 yaşlı braziliyalıya ümid edir. Portuqaliyalının artıq “Kral klubu” ilə müqavilə imzaladığı və yeni baş məşqçisi olacağı bildirilirdi.

“Los Blancos”un özü də oyunçunu yay transfer pəncərəsi zamanı buraxmaq istəmir. Endrik 2024-cü ildən Madrid klubunda çıxış edir. O, yanvar ayından 30 iyuna qədər icarə əsasında “Lion”da oynayır.

Həmin kateqoriyadan