- Baxış sayı: 35
- 29 May 2026 12:10
- Baxış sayı: 104
- May 26, 2026
- 0

Kanadalı tennisçi Viktoriya Mboko amerikalı Serena Uilyamsla mümkün cütlük matçı barədə şərh verib. Allsport.az saytı xəbər verir ki, əvvəllər 44 yaşlı idmançının ot örtüyü mövsümü üçün bir neçə “uayld kart” (xüsusi dəvətnamə) istədiyi və 19 yaşlı həmkarı ilə birlikdə Londonda keçiriləcək VTA-500 turnirində oynaya biləcəyi bildirilirdi:
“Mən həqiqətən xoşbəxtəm. Serena ilə əlaqə saxlayırıq. Bu, həqiqətən də əladır, çünki mən ona həqiqətən heyranam. Onun məni tanıması belə onsuz da inanılmaz dərəcədə ilhamvericidir. Düşünürəm ki, bu anı onun üçün saxlamaq istəyirəm.
İnanıram ki, əgər o, öz şərtləri ilə geri qayıtmağa hazırdırsa, bunu elan edən o olmalıdır. Bundan başqa, deyəcək çox sözüm yoxdur. Bu an tamamilə onundur və nə vaxt geri qayıtmağa hazır olması tamamilə ondan asılıdır”.
Uilyams 23-qat “Böyük dəbilqə” çempionudur. Cüt yarışda onun 14 titulu və 3 olimpiya qızıl medalı var. Onun kortda sonuncu çıxışı 2022-ci ilin sentyabrında olub.