Oyan Nəzərlinin yetirmələri Avropa birinciliyinin qalibi olub

Oyan Nəzərlinin yetirmələri Avropa birinciliyinin qalibi olub

Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə yeniyetmələrin Avropa birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda millinin 4 üzvü fəxri kürsüyə qalxıb.

Elcan Həsənov (60 kq) və Ruslan Vəliyev (80 kq) qızıl, Rəşad Əliyev (70 kq) ilə Elvin Hacıquliyev (80 kq) 2-ci yer tutublar.

Komandamız 80 xalla medalların əyarına görə Gürcüstanı (80) qabaqlayaraq fəxri kürsünün zirvəsinə çıxıb. Ukrayna bahadırları 64 xalla 3-cü pillədə qərarlaşıblar.

Həmin kateqoriyadan