“Az qol vurduğumuz üçün narazı qaldım”

“Qəbələ” güclülər dəstəsində qalma uğrunda oyunda elitaya yüksəlməyə iddialı “Mingəçevir”ə Sumqayıtda keçirilən oyunda 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “qara-qırmızılar”ın baş məşqçisi Kaxaber Sxadadze bunu deyib:

“Birinci növbədə azarkeşləri təbrik edirəm və eyni zamanda qeyri-sabit mövsüm keçirdiyimiz üçün üzr istəyirəm. Mövsüm ərzində sabitlik olmadı, çox gərgin əsəbi anlar yaşadıq. Qələbə münasibəti ilə futbolçuları təbrik edirəm. Əlbəttə ki, favorit biz sayılırdıq. Lakin bunu meydanda sübut etmək lazım idi.

Şadam ki, futbolçular oyuna ciddi yanaşdılar. Yaxşı, baxımlı oyun göstərdilər. Sadəcə az qol vurduğumuz üçün narazı qaldım. Çox qol vəziyyətləri yaratdıq, lakin istifadə edə bilmədik. Bu pisdir. Futbolçuların çoxu gəncdir, belə oyunlarda daha etibarlı olmalıdırlar.

Artıq birinci hissədə məsələni həll edə bilərdik. Rəqibin çox təcrübəli baş məşqçisi var. Ramiz Məmmədovu çoxdan tanıyıram və ona hörmətim var. Onların əsas üstünlüyü də məşqçiləri idi. Bu oyuna qədər gəlib çıxmaları onun əməyinin nəticəsidir. Amma qələbəyə layiq olan biz idik”.

Həmin kateqoriyadan