“Qırmızı şeytanlar” bu futbolçunu transfer edir

“Mançester Yunayted” klubu, “Atalanta”nın mərkəz yarımmüdafiəçisi Edersonu transfer etməyə yaxındır. Allsport.az saytı xəbər verir ki, o, “qırmızı şeytanlar”la müqavilə şərtlərini razılaşdırıb və ötən həftə digər klublarla danışıqları dayandırıb.

İngiltərə təmsilçisinin 26 yaşlı braziliyalı futbolçunun mümkün 45 milyon avroluq transferi ilə bağlı bir neçə həftədir İtaliya klubu ilə danışıqlar apardığı bildirilir.

2025/25 mövsümündə Ederson bütün turnirlərdə “Atalanta”nın heyətində 41 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan