Yarımfinalçılar bilindi: Norveç ilk dəfə dünya çempionatının yarımfinalına çıxıb

Dünya çempionatının yarımfinalçıları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 30 mayda İsveçrə – Norveç (Bakı vaxtı ilə saat 15:20) və Kanada – Finlandiya (Bakı vaxtı ilə saat 22:00) oyunları keçiriləcək.

1/4 finalda Kanada ABŞ-ı (4-0), Finlandiya Çex Respublikasını (4-1), İsveçrə İsveçi (3-1) məğlub edib və Norveç buz üstü hokkeyçiləri Latviya üzərində 2-0 hesablı qələbə qazanaraq, tarixində ilk dəfə olaraq dünya çempionatının yarımfinalına yüksəlib.

Həmin kateqoriyadan