- Baxış sayı: 84
- 22 May 2026 20:02
- Baxış sayı: 5
- May 22, 2026
- 0

Ötən ilin sentyabrında Azərbaycan güləş federasiyasının rəhbərliyində baş verən dəyişiklik ictimai birlikdə hərəkətliliyi daha artırıb və bu aparıcı idman növü köklü islahatla müxtəlif istiqamətlərdə sürətlə irəliləməyə başlayıb. Təzə baş katib əsasən təbliğat-təşviqat üzrə mütəxəssis olduğundan, ilk ciddi gözləntilər həmin sahədə qeydə alınıb. AGF-nin İnstaqram səhifəsi izləyici sayına görə uzun illərdir yerli idman federasiyaları arasında 1-ci yerdə gedən AFFA-nı ötüb!
Başqa sözlə, 95,7 k izləyici toplayan güləş federasiyası, ötən gün 95,4 k izləyicisi olan “Boz evi”i geridə qoyub. AGF, bir müddət öncə Feysbuk platformasında da AFFA-dan öncüllüyü alıb. Demək, Allsport.az saytının ehtimalı özünü doğruldub – marketinqdə çox bacarıqlı olan Pərvin Piriyev qısa müddətdə dünyada ən məşhur olan və Azərbaycan böyük sərmayə qoyulan futbolu geridə qoyub.

