- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Martın 12-də Azərbaycan Velosiped İdmanı Federasiyası və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Bakı-2015 Avropa Oyunları bizim tarixi nailiyyətimizdir” devizi altında “Məktəbli Kuboku” yarışı keçiriləcək. Allsport.az xəbər verir ki, Mərdəkanda (Polis Akademiyasının qarşısı) təşkil olunacaq turnir saat 11:00-da başlanacaq.
Yarışda Xəzər rayonunun 20-dən artıq məktəbini təmsil edən komanda mübarizə aparacaq. Reqlamentə görə, kollektivlər hər birinin tərkibində 3 oğlan və 1 qız iştirakçı olmaqla, estafet sistemi üzrə yarışacaq. İlk 3 yeri tutacaq komandalar AVİF tərəfindən müvafiq olaraq 200, 150 və 100 manat pul mükafatı, həmçinin kubok, medal və diplomla təltif ediləcək.
Xatırladaq ki, federasiya tərəfindən ötən ilin dekabrında Nərimanov, bir neçə gün öncə isə Səbail rayonunun məktəbləri arasında da pilot layihəli “Məktəbli Kuboku” turniri təşkil edilmişdi. Bütün bu yarışlar isə ümumrespublika “Məktəbli Kuboku” turnirinə hazırlıq xarakteri daşıyır.