- Baxış sayı: 42
- 13 Mart 2026 10:15
- Baxış sayı: 136
- Mart 13, 2026
- 0

Allsport.az xəbər verir ki, irlandiyalı döyüşçü, 2 çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor amerikalı Maykl Çandlerlə duelinin nə vaxt baş tutacağını açıqlayıb.
O deyib: “Döyüş bir neçə ay sonra olacaq. Yayın sonunda”.
Bu, Makqreqorun 2021-ci ilin iyulundan bəri ilk döyüşü olacaq. O vaxt Konor Dastin Puaryeyə texniki nokautla məğlub olub. Ümumilikdə döyüşçünün MMA-da 22 qələbəsi və 6 məğlubiyyəti var.
Çandler isə son döyüşündə Puareyə uduzub. Bu, keçən ilin noyabrında baş verib.