- Baxış sayı: 28
- 13 Aprel 2025 22:21
- Baxış sayı: 70
- Aprel 13, 2025
- 0
Minsk-2019 Avropa oyunlarında qadın velosipedçilərin fərdi ötüşmə yarışına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 28 km məsafəni 36 dəqiqə 17 saniyəyə qət edən isveçrəli Marlen Rösser bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Niderlandlı Şantal Blaak və Böyük Britaniya təmsilçisi Hayle Simonds çempiona müvafiq olaraq 1 dəqiqə, 15 saniyə və 1 dəqiqə, 27 saniyə uduzmaqla gümüş və bürünc medala yiyələniblər.
İdmançılara mükafatları Avropa velosipedçilər birliyi rəhbər komitəsinin üzvü, həmyerlimiz Sahib Ələkbərov, təşkilat komitəsi adından Rumıniya olimpiya və idman komitəsinin prezidenti, qılıncoynatma üzrə Sidney-2000 olimpiadasının qalibi Mihay Kovaliu təqdim ediblər.