MOK baş katibinin müavini Velotrekdə olub

Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev Respublika Velotrekində olub. Allsport.az saytı xəbər verir ki, o, idmançılar üçün yaradılan şəraitlə tanış olub.

AVİF-in baş katibi Fərhad Əliyev qonağa federasiyanın muzeyi, BMX meydançası, mini stadion, fitnes klubu, dünyada və Azərbaycanda velosiped idmanının tarixi, ölkəmizdə velosiped idman növünün inkişafı üçün görülən işlər haqqında ətraflı məlumat verib.

Gördüklərindən məmnun qaldığını deyən Azər Əliyev, yaxın vaxtlarda federasiyanın balansında olan Veloparka da gələcəyini və oradakı şəraitlə yaxından tanış olmaq niyyətində olduğunu deyib.

Həmin kateqoriyadan