- Baxış sayı: 87
- 02 Mart 2026 14:02
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Mayın 28-də gənclər və idman nazirliyi, Azərbaycan velosiped idmanı federasiyası və “Regional İnkişaf” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək.
Allsport.az xəbər verir ki, veloyürüşə saat 11:00-da veloparkdan (Şıxov) start veriləcək. Yürüş iştirakçıları velopark – Bibiheybət məscidi – su idmanı sarayı – Dövlət Bayrağı meydanı marşrutu üzrə 7 km məsafə qət edəcəklər. Tədbirdə iştirak sərbəstdir.