Naftalanda 28 May – Respublika günü münasibəti ilə veloyürüş

Naftalanda 28 May – Respublika gününə veloyürüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin açılışında Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və AzVİF-in baş katibi Fərhad Əliyev çıxış ediblər. Bildiriblər ki, veloyürüşün təşkilində əsas məqsəd şəhərdə bu idman növünə gənclərin marağının artırılması və inkişaf etdirilməsidir. Natiq Aslanov veloyürüşün Naftalan şəhərində təşkil edilməsinə görə AVİF rəhbərliyinə öz təşəkkürünü çatdırıb.

Müxtəlif yaş qruplarına aid olan 100-dən çox velosipedçinin qatıldığı yürüş Naftalan şəhəri Heydər Əliyev Meydanından başlayaraq şəhərin böyük bir hissəsini əhatə edib. Veloyürüşdə fərqlənmiş idmançılara Naftalan şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplomları və hədiyyələri təqdim edilib, yəşkilatçılıqda dəstəyə görə qadınlardan ibarət “Ladies on Bikes” həvəskar velosiped klubuna təşəkkür bildirilib.

Həmin kateqoriyadan