Növbəti döyüşünün tarixini açıqladı

Növbəti döyüşünün tarixini açıqladı

UFC-nin orta və yarımağır çəki dərəcələri üzrə sabiq çempionu Aleks Pereyra növbəti döyüşünü noyabrda keçirmək niyyətində olduğunu bildirib.

Allsport.az xəbər verir ki, braziliyalı döyüşçü nömrəli turnir çərçivəsində Nyu Yorkda oktaqona çıxmağı planlaşdırır:

“Noyabr qayıdış üçün yaxşı vaxtdır. Döyüş Nyu-Yorkda olacaq. Orada döyüşməyi sevirəm. UFC-də debütüm də həmin şəhərdə olub və sonradan daha iki qələbə qazanmışam. Evimə yaxın olduğuna görə yorğunluq və saat fərqi problemi yaşamıram. Bu da mənim üçün üstünlükdür. Bəli, ağır çəkidə çıxış etməyə davam edəcəyəm. Mövcud şəraiti nəzərə alaraq, mümkün qədər tez-tez döyüşmək istəyirəm”.

Aleks Pereyra karyerasında ikinci dəfə ağır çəki dərəcəsində döyüşə çıxmağa hazırlaşır.

Həmin kateqoriyadan