Usman Nurməhəmmədova dəstək

Usman Nurməhəmmədova dəstək

UFC döyüşçüsü Karlos Prates Usman Nurməhəmmədovu Merab Dvalişvili ilə komandasının üzvləri arasında baş verən insidentə görə dəstəkləyib.

Allsport.az xəbər verir ki, braziliyalı idmançı küçə davasında qaydaların olmadığını bildirib:

“Küçə davasında heç bir qayda yoxdur. Məsələn, sən mənim məşqçimlə dalaşıb onu döymüsən. Bir neçə ay sonra ABŞ-da dostlarımla səni görsəm, təbii ki, sənə hücum edəcəyəm və dostlarım da mənə kömək edəcəklər. Bu, küçə davasıdır. Amma mən belə işlərlə məşğul olmuram”.

Usman Nurməhəmmədov və komandasının üzvləri noyabrın 11-də Əbu-Dabidəki mehmanxanada Merab Dvalişvili ilə dava ediblər. Hadisədən sonra Usman və komanda üzvləri həbs cəzasına məhkum olunsalar da, bir neçə gün sonra azadlığa buraxılıblar.

Həmin kateqoriyadan