Dünya güləş birliyinin prezidentinə qraplinq üzrə dünya çempionu kəməri hədiyyə edildi

Dünya güləş birliyinin prezidentinə qraplinq üzrə dünya çempionu kəməri hədiyyə edildi

Dünya güləş birliyinin prezidenti Nenad Laloviç qraplinq, pankration və həvəskarlar arasında MMA idman növləri üzrə dünya çempionatının açılışında iştirak etmək üçün Azərbaycan paytaxtına təşrif buyurdu.

Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” idman mərkəzində çıxış edən ali qonaq tədbirin gedişində Azərbaycan qraplinq, MMA və pankration federasiyasının prezidenti Azad Əsgərov görüşdü. Həmyerlimiz ona qraplinq üzrə dünya çempionu kəməri hədiyyə etdi.

Bu ildən təsis edilən həmin mükafat ilk dəfə olaraq Bakıda qaliblərə təqdim olundu.

Nenad Laloviçi paytaxtımızda DGB-nin tərkibində qraplinq və pankration komitəsinin prezidenti həmyerlimiz Namiq Əliyev və Azərbaycan güləş federasiyasının baş katibi Pərvin Piriyev müşayiət etdi.

Həmin kateqoriyadan