- Baxış sayı: 47
- 22 Noyabr 2026 10:07
- Baxış sayı: 619
- Noyabr 20, 2026
- 0

23–25 noyabrda “Sərhədçi” idman mərkəzində U-15, U-17, U-20 və ustalar arasında qraplinq (tutaşma) üzrə dünya çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, yarış ərəfəsində bu gün Bakıda yerli və beynəlxalq idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı olub.
Toplantıda qarşıdan gələn mötəbər beynəlxalq yarışın əhəmiyyəti, təşkilati məsələlər və qraplinq idman növünün inkişaf imkanları barədə məlumat verilib.
Azərbaycanın belə nüfuzlu beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi ölkəmizin idman sahəsində artan beynəlxalq nüfuzunun, təşkilatçılıq potensialının və dünya idman ailəsində tutduğu mühüm mövqeyin göstəricisidir.
Dünya çempionatı yalnız idman mübarizəsi deyil, həm də ölkəmizin beynəlxalq səviyyədə təmsil olunması, idman əlaqələrinin möhkəmləndirilməsi və gənc nəslin idmana marağının artırılması baxımından mühüm hadisədir.