- Baxış sayı: 114
- 27 Noyabr 2026 23:59
- Baxış sayı: 449
- Noyabr 26, 2026
- 0

Noyabrın 27-də Bakıda qraplinq, pankration və həvəskarlar arasında MMA idman növləri üzrə dünya çempionatının açılışı keçirildi.
Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” idman mərkəzində təşkil olunan mərasimdə öncə dövlət himni səsləndirildi. Ardınca gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan MMA və qraplinq federasiyasının prezidenti Azad Əsgərov və Dünya güləş birliyinin prezidenti Nenad Laloviç çıxış etdilər. Sonra tədbir bədii hissə ilə davam etdi.
Noyabrın 29-dək davam edəcək mötəbər yarışda 24 ölkədən idmançılar qrapplinq, pankration və həvəskarlar arasında MMA növləri üzrə 15, 17, 20 və böyüklərdə müxtəlif çəki dərəcələrində mübarizə aparırlar.