“Mən qayıtdım”

“Mən qayıtdım”

UFC-nin iki çəki dərəcəsində keçmiş çempionu Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdığını elan edib.

Allsport.az xəbər verir ki, irlandiyalı döyüşçü sosial şəbəkə hesabında bərpa prosesi barədə məlumat verərək artıq idman zalında fiziki məşqlərinə başladığını açıqlayıb:

“Makqreqor qayıtdı! İdman zalında məşqlərə başlamışam. Ayaq pressi, dartma hərəkətləri edirəm, dizimi yükləyir və ciddi güc toplayıram. Dizim hazırdır, gücüm geri qayıdır, bədənim isə tam gücü ilə işləyir. Təlim-məşq düşərgəsinə hazırlaşıram. The Notorious geri dönür”.

Xatırladaq ki, 38 yaşlı idmançı avqustun əvvəlində dizinin ön çarpaz bağından əməliyyat olunub.

Həmin kateqoriyadan