UFC fransalı döyüşçünü cəzalandırdı

UFC fransalı döyüşçünü cəzalandırdı

Fransalı MMA döyüşçüsü Manon Fiorot dopinq testinin müsbət nəticələnməsindən sonra UFC tərəfindən üç aylıq diskvalifikasiyaya məruz qalıb.

Allsport.az xəbər verir ki, 36 yaşlı idmançının orqanizmində qadağan olunmuş preparatlar siyahısına daxil olan ostarin maddəsi aşkarlanıb.

Araşdırma zamanı maddənin Fiorotun istifadə etdiyi qida əlavələrinin çirklənməsi nəticəsində orqanizmə düşdüyü müəyyənləşdirilib.

Qurum araşdırma nəticəsində qəsdən dopinq istifadəsinə dair sübut aşkar etməyib. Həmçinin maddənin aşkar edilən miqdarının idmançıya ciddi performans üstünlüyü vermədiyi qənaətinə gəlinib.

Diskvalifikasiya müddəti 2026-cı il oktyabrın 19-dan hesablanır və 2027-ci il yanvarın 19-da başa çatacaq.

Həmin kateqoriyadan